Minlərlə insan ABŞ-da Prezident Barak Obamanın həyat yoldaşı Mişel Obamanı “dikdaban ayaqqabı geyinmiş meymun”a bənzədən vəzifəli şəxsləri sosial şəbəkə üzərindən irqçilikdə ittiham edib.
Minlərlə insan ABŞ-da Prezident Barak Obamanın həyat yoldaşı Mişel Obamanı “dikdaban ayaqqabı geyinmiş meymun”a bənzədən vəzifəli şəxsləri sosial şəbəkə üzərindən irqçilikdə ittiham edib.
TİA.AZ xəbər verir ki, ölkənin ilk qaradərili birinci xanımını meymuna bənzədən Kley şəhəri Tərəqqi və Əməkdaşlıq direktoru Pamel Taylor və Kley şəhər Bələdiyyə sədri Beverli Valinqin vəzifədən kənarlaşdırılması üçün başladılan imza kampaniyasına 170 mindən çox insan qatılıb.
Çoxsaylı reaksiyalardan sonra vəzifəli şəxslərdən biri işdən çıxarılıb, digəri istefa verib.
Qeyd edək ki, Taylor Donald Tramp qalib gəldikdən sonra Feysbukdakı paylaşmasında qeyd etmişdi: “Ağ Evdə şux, gözəl və zərif birinci xanım görmək çox xoş olacaq. Dikdaban ayaqqabı geyinmiş meymun görməkdən usanmışdım”. Valinq isə Taylorun paylaşmasına “Günümü gözəlləşdirdin, Pam” şərhini yazmışdı. Taylor çoxsaylı sərt reaksiyadan sonra paylaşmasını silmişdi.
Valinq “Vaşinqton Post” qəzetinə paylaşmasının heç də “irqi” xarakter daşımadığını, Ağ Evdəki dəyişiklikdən duyduğu xoşbəxtliyi ifadə elədiyini dilə gətirib, irqçiliklə heç bir əlaqəsinin olmadığını qeyd edib.