Birinci vitse-prezidentin protokol sektoruna müdir təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyində yeni təyinat olub.
TİA.AZ “Report”a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini – Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin edilib.
Bu sərəncama qədər E.Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsini tuturdu.