Birinci Qarabağ müharibəsində şəhid olan İsmayıl Xəlilov dəfn edilibbackend

Birinci Qarabağ müharibəsində şəhid olan İsmayıl Xəlilov dəfn edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhid Xəlilov İsmayıl Tofiq oğlunun qalıqları ailəsinə təhvil verilib.

Tribunainfo.az xəbər verir ki, bu gün şəhidlə vida mərasimi keçirilib.

Şəhidin nəşinin qalıqları Abşeron rayonu Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, dövlət qurumlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, İsmayıl Xəlilov 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.