Birinci Liqa klubunda qalmaqal – Futbolçular məşqə çıxmadı

Birinci Liqa klubunda qalmaqal – Futbolçular məşqə çıxmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Liqada çıxış edən “İrəvan”klubunun oyunçuları komandanın məşqinə çıxmaqdan imtina edib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb futbolçuların 3 aydır maaş almamasıdır.

Mövsümün əvvəlindən pulları ödənilməyən futbolçular dəfələrlə rəhbərliklə görüşsə də, maaşları ödənilməyib. Onlar, eyni zamanda idman ləvazimatları ilə də təmin edilməyiblər. Bundan sonra isə futbolçular məşqi boykot ediblər.

Oyunçular, həmçinin rəhbərliyə bildirib ki, maaşları ödənilməsə, növbəti oyuna da çıxmayacaqlar.