Hakan Kurtaşla eşq yaşadığı ilə tez-tez jurnalların gündəminə düşən Birce Akalay ötən gecə sevgilisi ilə xəstəxanaya gedib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, iştirak etdiyi layihənin çəkilişləri zamanı yıxılan Akalay xəstəxanadan çıxdıqdan sonra səhhəti ilə bağlı açıqlama verib.
Murat Ünalamış (2011-2012) və Sarp Levendoğlu (2014-2017) ilə evlənərək boşanan Birce Akalay ictimaiyyətdən uzaq aktyor olan Hakan Kurtaşla eşq yaşamağa başlayıb.
Keçən ay 40 yaşını qeyd edən Akalay münasibətləri ilə bağlı “Xoşbəxtlik paylaşılanda çox gözəl bir şeydir. Huzur içində olmaq… Hər şey çox zövqlüdür” deyib.
Müayinələr nəticəsində riskli vəziyyətin olmadığını müəyyən edən aktyor daha sonra həkimin yazdığı dərmanları qəbul etmək üçün xəstəxanadan çıxıb.