“Kapital Bank”ın Birkart kartından müştərilərlə söz oyununa çıxıb. Bank bie şəkilçini bəhanə gətirərək müştərini aldadır.
Tribunainfo.az yazır ki, bu barədə problemlə üzləşən vətəndaş Elçin Həsənovdur. O bildirib ki, bankdan ona olduqca absurd cavab verilib:
“Ayın 27-si Birbank kartımdan pulu çəkib arxayın oluram ki, 2 ay güzəşt müddəti var, hər maaşda bir hissəsini ödəyəcəm. Sonradan öyrənirəm ki, 2 ay yox 35 gün sonra məbləği yerinə qoymalıyam. Operatordan soruşanda deyir, orda “dək” şəkilçisi var. Yəni 1-i çəksəydiniz 63 gününüz olacaqdı, 27-si çəkmisiz deyə 35 gün düzəşt müddəti var.
“Dək”-ə görə haqlı ola bilərsiz, amma bu bildiymiz söz oynu tələsidi. Sizə məsləhətim odur ki, “Kapital Bank”ın hər hansı bir kartdından yaxud xidmətindən faydalandıqda verilən bukleti aparın bir vəkillə, həmçinin Azərbaycan dili müəllimi ilə məsləhətləşib orda qeyd olunan mütün şəkilçi samit və saitləri incələyib daha sonra operatordan dəqiqləşdirib elə istifadə edin. Yoxsa gözdən qaçırdığınız bir şəkilçi sizi çətinə sala bilər”.