“Birbank” 81 manat ödənişə görə müştəridən 23 manat komissiya haqqı tutub.
Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi Qarayev Alı yazıb. O bildirib ki, kartı alarkən ona bu barədə məlumat verməyiblər:
“Deməli, “Birbank” taksit kartla klinikada 81 manat ödəniş etdim ki, eybi yox, 15 gün sonra maaşda qaytararam yerinə. Bir az sonra “Kapital Bank” 23 manat komissiya çıxdı. Zəng eləmişəm, deyir, 10 manat dələduzluqa görə sığorta, 10 manat işsizliyə görə sığorta haqqıdır. Halbuki bu “Kapital Bank”ın işçisi kart verəndə cəmi 3 manatı demişdi deyə razılaşmışdım. Guya dələduz kartımdan pul çeksə, bu bank onu qaytaracaq? Yoxsa işsiz qalsam kreditimə güzəşt edəcək?”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar