Son 60 ilin ən böyük quraqlığı və vətəndaş müharibəsinin yaşandığı Somalidə qurulan düşərgələrdə insanlıq dramı yaşanır. Yemək tapmaq üçün günlərlə davam edən axtarışa çıxanların bir çoxu bu səfərdən qayıda bilmir.
Moderator.az xəbər verir ki, ərzağın çətin tapıldığı və içməli su ehtiyatının gölməçələrdən qarşılandığı düşərgədəki sığınacaqlarda yaşayan qaçqınlar yardım harayları qoparırlar.
On illərdir yaşanan daxili müharibə səbəbindən infrastrukturu xarab olan ölkədə quraqlıq böyük bir böhrana çevrilib. Bu böhrana görə, yüz minlərlə insan həyatını itirib, bir o qədər insan da Somali torpaqlarını tərk etmək məcburiyyətində qalıb.
Bunların bir çoxu Keniyada yerləşən və dünyanın ən böyük qaçqın düşərgəsi olan “Dabaab” düşərgəsinə sığınıb. Qalanlar isə ölkənin müxtəlif bölgələrinə köç edərək buralardakı düşərgələrə yerləşiblər.

