“Bir sıra şəxslərin adını siyahıya əlavə edərək prezidentə göndərmişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bayramlar ərəfəsi prezident İlham Əliyevin əfv sərəncamları imzalaması ənənə halını alıb. Bu günə qədər ölkə başçısının bu fərmanından istifadə edən minlərlə  dustaq azadlığa çıxıb.
 Azərbaycanda bayramlar ərəfəsi prezident İlham Əliyevin əfv sərəncamları imzalaması ənənə halını alıb. Bu günə qədər ölkə başçısının bu fərmanından istifadə edən minlərlə  dustaq azadlığa çıxıb.
Maraqlıdır, qarşıdan gələn Qurban bayramında ölkədə növbəti əfv sərəncamı imzalana bilərmi? Xüsusən də bir sıra əcnəbi təşkilatların siyasi dustaq hesab etdiyi jurnalist və siyasətçilərin azadlığa çıxmaq şansı mövcuddurmu?
Hüquq müdafiəçisi Novella Cəfəroğlu məsələ ilə bağlı Moderator.az -a açıqlamasında bildirib ki, işçi qrupu artıq öz işini tamamlayıb:
“Bir sıra qurumların siyasi məhbus hesab etdiyi şəxslərin işinə baxmaq üçün yaradılmış işçi qrupu artıq öz işini tamamlayıb. Biz bir sıra şəxslərin adını siyahıya əlavə edərək prezidentə göndərmişik. Hazırda Qurban bayramında əfv sərəncamının verilib-verilməyəcəyini deyə bilmərəm. Bizim göndərdiyimiz siyahıda 30 -dan çox adamın adı var. Onların içərisində cəmiyyət arasında tanınmış siyasətçi, jurnalist və aktivistlər var.”
TİA.AZ