Bir sıra seçki məntəqələrində səsvermənin nəticələri ləğv olunubbackend

Bir sıra seçki məntəqələrində səsvermənin nəticələri ləğv olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyası bir neçə məntəqəsində prezident seçkilərinin nəticələrini etibarsız sayıb.

Tribunainfo.az Trend-ə istinadən bildirir ki, bu barədə məlumatı MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, aparılan araşdırmalar zamanı bir neçə seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkar edilib.

“41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin 38 saylı, 61 saylı Qusar Seçki Dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinin 2 saylı, 77 saylı Lənkəran Seçki Dairəsinin 7 və 31 saylı, 92 saylı Göyşay-Ağdaş Seçki Dairəsinin 6 saylı, 99 saylı Bərdə Seçki Dairəsinin 2 saylı, 114 saylı Şəki Şəhər Seçki Dairəsinin 1 saylı, 115 saylı Şəki Kənd Seçki Dairəsinin 6 saylı seçki məntəqələrinin nəticələri ləğv edilib və həmin seçki məntəqələrinin komissiyaları buraxılıb”, – deyə o qeyd edib.