TİA.AZ-ın redaksiyasına “Gül.-Gün.” müəssisəsinin sahibkarı Niyaz Niyazov tətərəfindən şikayət məktubu daxil olub.
“Gül.-Gün.” müəssisəsinin sahibkarı Niyaz Niyazov Dövlət başçısına ünvanlanmış müraciətdə məmur özbaşınalığından, sahibkar ailəsinin məruz qaldığı haqsızlıqlardan söhbət açır və dövlət başçısından kömək istəyir.
Onun dediyinə görə 1992-ci ilin noyabr ayında “Gül.-Gün.” müəssisəsini yaradıb və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirib.1993-cü ildə müəssisənin tikinti işlərini həyata keçirməkdən ötrü Xanlar rayon İHB-sının və Xanlar rayon XDS-nin qərarı ilə Gəncə aeroportunun lap yaxınlığında olan Xanlar rayon Bağmanlar sovxozunun ərazisindən 1.5 ha torpaq sahəsi götürüb.Tez bir vaxt ərzində həmin ərazidə müəssisənin tikinti işlərini başlatdıb.Tikintinin xeyli hissəsini həyata keçirib.Tikintini davam etdirmək üçün pul gözlədiyi bir vaxtda Gəncə aerovağzal kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəlib. Müəssisənin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin ərazisinə düşdüyü üçün sənədlərini hazırlayıb dövlətdən kompensasiya almaq qərarına gəlib. Amma bu mümkün olmayıb.
Belə ki,elə həmin vaxt Xanlar rayon İcra Hakimiyyətinin başçısı Hacıyev Vilyam Faxralı oğlu yalan məlumat yazaraq Azərbaycan Hava Yollarına yollayıb. Məktubunda qeyd edib ki, guya 1.5 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün İHB-nın sərəncamı olmayıb. Onun bu məktubu əsasında Azərbaycan Hava Yolları konpensasiya almağına maneçilik edib .
TİA.AZ məktubun mətnini olduğu kimi təqdim edir:
“Həmişə vurğulanır ki,Azərbaycanda insan hüquq və azadlıqları təmin edilib.
Hörmətli və əziz Azərbaycan Prezidenti İlham Əliyev cənabları, əgər insan hüquqları təmin edilibsə,onda bəs niyə “Gül.-Gün.” müəssisəsinin sahibkarı Niyaz Niyazov Novruz oğlu olaraq uzun illərdən bəri dövlətdən,dövlət sifarişi yerinə yetirilərkən məcburi-qanunauyğun olmayan formada sökdürülən obyektlərimin kompensasiyasını hələ də ala bilmirəm?! Mən,vətənini,dövlətini və dövlətçiliyini ən yüksək səviyyədə sevən bir azərbaycan sahibkariyam! Mən, sadəcə olaraq öz şəxsi pullarımı dövlətdən almaq istəyimi bildirirəm! Mənim hüquqlarım uzun illərdir ki, “Azərbaycanın yüksək rütbəli dövlət məmurları” tərəfindən tapdalanıb və hələ də bununla əlaqədar olaraq heç bir ölçü götürülmür. Hələ üstəlik dövlətdən kompensasiyamı ala bilmirəm. Ailəm isə uzun illərdir ki, səfalət, aclıq içində yaşamına zor-bəla ilə davam edə bilib və nəfəsimiz gəlməkdə davam edir. Hara qədər davam edəcəyi bir Allaha bəllidir.
2003-2004-cü illərdə Xanlar(Göygöl) Rayonu,İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Hacıyev Vilyam Faxrali oğlu yalan-saxta məzmunlu məktub yazaraq Azərbaycan Hava Yolları,QSC-nin prezidenti Əsgərov Cahangir Cəlal oğluna yollayıb. Bu da su kimi aydındır ki, belə məktublar ala gözə və qara qaşa yazılmır. Belə bir məktubu gözləyirmiş kimi Azərbaycan Hava Yolları,QSC-nin Prezidenti Əsgərov Cahangir Cəlal oğlu isə öz növbəsində həmin yalan-saxta məzmunlu məktubu əlində əsas tutaraq “Gül.-Gün.” sahibkar müəssisəsinin dövlət sifarişi yerinə yetirilərkən məcburi-qanunauyğun olmayan formada sökdürülən obyektlərinin dövlətdən alınası kompensasiyasının tam qarşısını aldı. Mən neçə illərdir ki, sizə bu barədə öz şikayətlərimi yazıb yollayıram. Bunun üçün müxtəlif üsullardan istifadə etmişəm. Ancaq, uzun illərdən sonra anladığıma görə mənim yazdığım məktubları sizə çatdırmırlar.
Əgər məktublar sizə çatmış olsaydı, heç olmasa hər hansı bir cavabı almış olardım. Prezident Administrasiyası, Sənədlərlə və Vətəndaşların müraciətlərilə iş şöbəsinin işçiləri və müdiri Süleyman İsmayılovdan bu illər ərzində bir dəfə də olsun cavab məktubu almamışam. Belə anlamışam ki,onlar məni bir sahibkar-vətəndaş olaraq insan yerinə qoymurlar. Tam laqeyd münasibət göstərirlər. Çox hörmətli İlham Əliyev cənabları, siz sahibkarlara bu qədər güzəştlər edirsiniz, onlara hərtərəfli bütün sahələrdə yardımlarınızı əsirgəmirsiniz. “Gül.-Gün.” sahibkar müəssisəsinin tikililəri “bir qrup yüksək rütbəli dövlət məmuru”nun günahı ucbatından zorla-qanunauyğun olmayan formada sökdürülüb və dövlətdən kompensasiyanı almağa onlar tərəfindən tam maneçilik törədilib. 20 ildir ki, həmin yüksək rütbəli dövlət məmurlari vəzifə başındadırlar. Elə buna görə də “Gül.-Gün.” sahibkar müəssisəsinin fəaliyyəti məcburiyyət qarşısında qalaraq dektivləşməli olub. Hələ də müəssisənin fəaliyyətini aktivləşdirə bilməmişəm. Bir sahibkar kimi həmin dövlət məmurlarının günahı ucbatından indiyə qədər çox çətinliklərlə rastlaşmışam. Elə bunları həll etməkdən ötrü sizə müraciət edirəm. Rica edirəm ki, dövlət məmurlarının günahları ucbatından yaranmış cətinlikləri aradan qaldırmaqdan ötrü mənə öz köməyinizi əsirgəməyəsiniz. Ailəm aclıq içində həyatına zor-bəla ilə davam edə bilir. Sizdən cavab gözləyirəm.
Hörmətlə: “Gül.-Gün.” sahibkar müəssisəsinin sahibkarı – Niyazov Niyaz Novruz oğlu
Əlaqə: E-mail : [email protected]
Mob.tel.n.: +994503120582 ”
TİA.AZ