Ukraynaya qarşı genişmiqyaslı müharibədə Rusiya Federasiyasının zabit heyəti üzrə itkiləri də durmadan artır.
Tribunainfo.az xəbər verir ki, Ukrayna KİV-də məhv edilmiş Rusiya zabitlərinin daha bir qrupunun fotoları dərc edilib.
Məlum olub ki, polkovnik Dmitri Baraşkin və iki mayor – İvan Kosterev və Yevgeni Şilimin məhv edilib. Eləcə də İki kapitan – Mixail Kolbin və Vyaçeslav Koçubaev də həlak olub. Həmçinin, Rusiya ordusu casus rotasının komandiri, baş leytenant İvan Arxipovu, yüksək rütbəli zabitlər Kazimir Kojiyevi, Yevgeni Maqidovu və snayper taqımının komandiri Valentin Kartaşovu da itirib.