Gədəbəydə bir polisin köntöy davranışına görə bütöv sistemi qaralamaq düzgün deyil.
Tribunainfo.az yazır ki, bu fikirləri deputat Fazil Mustafa bu gün keçirilən Milli Məclisinin növbədənkənar sessiyasında deyib.
O bildirib ki, vətəndaş etiraz edir, dövlət də buna adekvat davranır:
“Gədəbəyin Söyüdlü kəndində olanlardan kimlərsə özləri üçün yararlana bilməz. Orada bir polisin köntöy davranışına görə bütöv sistemi qaralamaq düzgün deyil. Biz bu gün Zəngəzur məsələsinə köklənməliyik. Vaxtilə “Qarabağı unutma!” şüarı var idi. İndi də “Zəngəzuru unutma!” şüarı olmalıdır. Ona görə Söyüdlü məsələsinə həssas yanaşmaq lazımdır”.