Bir nömrəli “qanuni oğru” yenə həbs oluna bilər – Həsənova görə

Bir nömrəli “qanuni oğru” yenə həbs oluna bilər – Həsənova görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı “qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy) barəsində yeni cinayət işi başlana bilər.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, buna səbəb onun yığıncaqda iştirak edərək üç dəfə məhkum olunmuş Marsel Həsənovu (Marsel Mahaçkalinski) Sverdlovsk vilayətinə “nəzarətçi” təyin etməsidir. Rusiya kriminal aləminin lideri Şakro Molodoy cinayət iyerarxiyasında ən yüksək vəzifə tutduğuna görə cinayət məsuliyyətinə cəlb olunur. Analoji ittiham artıq Marsel Mahaçqalaya qarşı irəli sürülüb və o, saxlanılıb.

Kalaşovun iştirak etdiyi “oğru”ların görüşü 2024-cü ilin sentyabrında baş tutub. Kriminal aləmin rəhbərləri Həsənovun namizədliyini müzakirə edib və onu Sverdlovsk vilayətinə “məsul” təyin edib. O, soyğunçuluq, qanunsuz silah saxlamaq və sərxoş vəziyyətdə avtomobil idarə etməkdə təqsirli bilinir.