Bir nəfər əməkdar müəllim oldu, digərinə isə prezidentin fərdi təqaüdü verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Telman Bayram oğlu İsgəndərova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Telman Bayram oğlu İsgəndərova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, Telman İsgəndərova aqrar təhsilin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adı verilib.

 

Prezident İlham Əliyev Əsəd Cənət oğlu Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb.

 

Sərəncamda bildirilir ki, Ə.Musayevə aqrar elmin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

 

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

TİA.AZ