Bir milyondan çox uşağın həyatı təhlükə altındadır – Aclıqla mübarizə

Bir milyondan çox uşağın həyatı təhlükə altındadır – Aclıqla mübarizə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzada bir milyondan çox uşağın həyatı qida çatışmazlığı səbəbindən təhlükə altındadır.

Bakupost.az xəbər verir ki, Qəzza hökumətinin Media İdarəsinin baş direktoru İsmayıl əs-Savabite keçirdiyi mətbuat konfransında Qəzza barədə məlumat verib.
Sevabite Qəzza zolağının, xüsusilə Şimali Qəzza və Qəzza şəhər mərkəzinin sürətlə aclığa doğru getdiyini və bu iki ərazidə yaşayan 700 min fələstinlinin hər gün aclıqla mübarizə apardığını qeyd edib.
Aclığın gündən-günə böyüdüyünü və insanların həyatına birbaşa təhdid etməyə başladığını bildirən Sevabite, “Bir milyondan çox uşaq qidalanma təhlükəsi ilə üz-üzədir və bu uşaqların 3500-ü hazırda qidalanma, peyvənd çatışmazlığı səbəbindən ölümə daha yaxındır”, deyə bildirib.