Bir “iPhone”də iki “WhatsApp” hesabı istifadə etmək mümkün oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“App Store”də yer alan “WhatsPhone” adlı proqram ilə bir “iPhone”də iki fərqli “WhatsApp” hesabı istifadə etmək mümkündür. 
“App Store”də yer alan “WhatsPhone” adlı proqram ilə bir “iPhone”də iki fərqli “WhatsApp” hesabı istifadə etmək mümkündür.

Məlumdur ki, “WhatsApp”ın Web versiyası fəaliyyət göstərir. Aktif olan “WhatsApp” hesabınızı QR kod köməyi ilə “WhatsApp Web”ə köçürmək mümkündür. Cihazdakı “WhatsApp” internetə bağlı olduğu müddətcə kompüterdən yazışmalarınızı reallaşdıra bilərsiniz. “WhatsPhone” proqramı da bu məntiq ilə çalışır. 

Pullu xidmət olan “WhatsPhone” proqramını “iPon”ə köçürdükdən sonra bir başqa android və ya “iPhone”-də “WhatsApp” proqramını açın. Daha sonra Parametrlər > WhatsApp Web / Masaüstü hissəsinə daxil olun. “WhatsPhone” proqramındakı QR kodunu tanıdın. Bu əməliyyatdan sonra digər cihazınızda “WhatsApp”ı, “iPhone”dən və “iPad”dən yönəltmək mümkün olacaq.