Masallı Rayonunda fəaliyyət göstərən “Ümidim sənsən” İctimai Birliyinin “Bir insan, bir ailə, bir ölkə” layihəsi Masallı rayonunda ailə dəyərlərinin gücləndirilməsinə yönəldilmiş təşəbbüsü kimi müvəffəqiyyətlə başa çatıb.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşıb. Belə ki, 2023-cü ilin sentyabr ayında rayonun 5 ərazisində – Ərkivan qəsəbəsi, Türkoba, Hişkədərə, Qızılağac və Göyəçöl, kəndlərində QHT- lərə Dövlət Dəstəyi Agentliyinin tələblərinə uyğun maarifləndirici tədbirlər keçirilib. Adı çəkilən ərazilərdəki görüşlərdə yüksək fəallıq şəraitində keçib və yerli sakinlər tərəfindən razılıqla qarşılanıb. Ümumilikdə tədbirlər 5 ərazidə keçirilib . Hər ərazidə 20 nəfər olmaqla ümumilikdə tədbirlərdə 100 nəfər iştirak edib.