2016-cı il ərzində vəzifə başında dünyada 74 jurnalist həlak olub.
2016-cı il ərzində vəzifə başında dünyada 74 jurnalist həlak olub.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu haqda “Sərhədsiz Reportyorlar” nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatının məruzəsində deyilir.
Təşkilat illik məruzəsində qeyd edib ki, 2015-ci illə müqayisədə KİV əməkdaşlarının ölüm faizinin azalmasına baxmayaraq, “bayram etmək” üçün heç bir əsas yoxdur. Qeyd edilir ki, 2015-ci ildə öz vəzifələrinin icrası zamanı 101 jurnalist həlak olub.
Bildirilir ki, bir çox jurnalist ölkələrini tərk etməli olub. Bunlar Suriya, İraq, Liviya, Yəmən, Əfqanıstan və Burundi kimi ölkələrin vətəndaşları olan jurnalistlərdir.