Son 12 ay ərzində 6700-dən çox Türkiyə vətəndaşı Almaniyadan sığınacaq almaq üçün müraciət edib.
Son 12 ay ərzində 6700-dən çox Türkiyə vətəndaşı Almaniyadan sığınacaq almaq üçün müraciət edib.
TİA.AZ bildirir ki, bu haqda “Die Welt” qəzeti Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirildiyinə görə, Berlinə siyasi sığınacaq üçün müraciət edənlərin 500-ü hərbçi və diplomatik statuslu şəxslər, eləcə də onların ailələridir.
Nəşr ehtimal edir ki, dövlət məmurları sonrakı repressiyadan, yaxud Türkiyədə həbsxanaya atılacaqlarından eehtiyat edirlər.
Qəzetin yazdığına görə, son aylar Almaniyaya sığınmaq üçün Türkiyə polisinin və xüsusi xidmətinin yüksək vəzifəli nümayəndələridir. Onların arasında Türkiyə kəşfiyyat xidməti MİT-in rəhbərlərindən biri də var.
Almaniya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi təhlükəsizliyi nəzərə alaraq bu qurum sığınacaqla bağlı müraciət edənlərin adlarını çəkməyəcək.
2016-cı ilin iyul ayındakı dövlət mevrilişinə cəhddən sonra Türkiyədə 150 minə yaxın dövlət qulluqçusu, polis əməkdaşı, ədliyyə orqanlarında çalışan, müəllim və hərbçi işdən uzaqlaşdırılıb. Onlar radikal dinçi Fəthullah Gülənin hərəkatını dəstəkləməkdə günahkar bilinirlər.
Ankara Güləni terrorçuluqda və dövlət çevrilişinə cəhdin təşkilatçılığında ittiham edir.