Bir gündə 100 min dollar xərcləyirlər – Otel, təyyarə, cangüdənlər – FOTO

Bir gündə 100 min dollar xərcləyirlər – Otel, təyyarə, cangüdənlər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəbdəbəli həyatları ilə diqqət çəkən müğənni Taylor Svift və sevgilisi Travis Kelce şəxsi təyyarələrə, onlarla cangüdən və otellərə hər gün 100 min dollar (170000 manat) xərcləyirlər.

Bakupost.az xəbər verir ki, bir müddətdir qastrol səfərlərində olan müğənni Svift amerikalı futbolçu Travis Kelce ilə yaşadığı dəbdəbəli həyatı ilə tez-tez müzakirələrə səbəb olur.
Bədxərcliklərindən əl çəkməyən cütlüyün gündəlik xərclədikləri məbləğ hərkəsi şoka salıb. İddialara görə, cütlük otel, təyyarə və cangüdənləri üçün gündəlik 100 min dollar ödəyir.
Bu barədə “Life & Style” jurnalında yer alan xəbərdə deyilir:
“Travis Taylorun dünya üzrə konsertlərinə uçarkən heç bir xərcini əsirgəmir. Onlar tanış olandan bəri hər ikisi şəxsi təyyarələrə bir milyon dollardan çox pul xərcləyib. Təyyarəni lüks və ən sevdiyi şeylərlə doldurur. Cütlük gündə min dollardan çox maaş alan 20-dən çox cangüdəni işə götürüb. İkisi də bir-birlərinə xərclədikləri pulları heç vaxt düşünmürlər. Rahat olmağı və bir-birlərinə sevgilərini ifadə etməyi xoşlayırlar”, deyə bildirilir.