Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Yusuf Dikeç müsahibə üçün məbləğ müəyyənləşdirib.
Tribunainfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Yusuf Dikeç ondan müsahibə almaq istəyən L’equipe nəşrinə vəkili vasitəsilə mesaj göndərib.
L’équipe-nin xəbərinə görə, Dikeç göndərdiyi cavabda müsahibənin maksimum 30 dəqiqə ola biləcəyini və 1 milyon lirə, yəni 30 min avro istədiyini bildirib.
Qeyd edək ki, Dikeç Paris-2024 Olimpiadasında qulaqlıq taxmadan səhnəyə çıxaraq, atışını bir əli cibində həyata keçirməsi ilə dünyada gündəm olmuşdu.