Bakı Baş Səhiyyə Mərkəzinin keçirdiyi tenderi başqa bir dövlət qurumu udub. Tribunainfo.az xəbər verir ki, söhbət Baş İdarənin elektrotexniki avadanlqların, çap qurgularının (printer, skaner və surətçıxaranların) kartriclərinin doldurulması, texniki servisi, cari və əsaslı təmiri və ehtiyat hissələrinin satınalmasından gedir.
Nəticələrə görə, bu tenderi Maliyyə Nazirliyinin Məlumat Hesablama Mərkəzi MMC qazanıb. Tərəflər arasında 414 min 447 manatlıq müqavilə imzalanıb.
Fərda Uğur