Bir dəfə Rusiya ilə çalışdıq və müharibəni udduq – ABŞ

Bir dəfə Rusiya ilə çalışdıq və müharibəni udduq – ABŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiya və Çinlə rəqabət yox, əməkdaşlıq istəyir.

Axar.az xəbər verir ki, bunu Sinqapurda keçirilən “Şanqrila dialoq” konfransında çıxışı zamanı ABŞ Müdafiə naziri Ceyms Mettis deyib.

“Bizim əsas istəyimiz bu rəqabətin artmamasıdır. Rusiyanın Qərb və ABŞ-la ortaq nöqtələri Çindən daha çoxdur. Çinin isə ABŞ və Hindistanla ortaq məsələləri Rusiyadan daha çoxdur. Məncə, bu, sadəcə maraqların təbii ziddiyyətidir. Ola bilsin ki, bu ziddiyyət qısamüddətli perspektiv üçündür. ABŞ artıq bir dəfə Rusiya və Çinlə çalışıb. Nəticədə biz faşizmi məğlub etmişik. Bütün dünya ilə qarşıdurmaya getməyin əhəmiyyəti yoxdur. Əsas məsələ bu ziddiyyətlərin aradan qaldırılması üçün yolların tapılmasıdır”, – deyə o bildirib.