Bir aydır müalicə alan Türkan Şorayın səhhəti ilə bağlı açıqlamabackend

Bir aydır müalicə alan Türkan Şorayın səhhəti ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk kinosunun “Sultanı” Türkan Şoraya aprelin 30-da pnevmoniya diaqnozu qoyulub. Yeşilçam ustası xəstəliyi səbəbindən evinə təqaüdə çıxmışdı.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, məşhur ad sosial media hesabında səhhəti ilə bağlı açıqlamalar verib.

Evində dincələn sənətçi bu səbəbdən 6-10 may tarixləri arasında KKTC-də keçirilən Kipr Şəhidlərini Anma və Qazilərlə Görüş proqramına qatıla bilməyib.

Türkan Şorayın həkimi “səyahət etməmək, hətta evinin bağçasında gəzməmək” dedikdə Şorayın xəstəliyinin gözlənildiyindən daha ağır olduğu məlum olub.

Məşhur sənətçi səhhəti ilə bağlı məlumat almaq üçün yenidən həkim müayinəsindən keçib . Şorayın səhhətinin xəstəliyə tutulduğu gündən daha yaxşı olmasına baxmayaraq, riskli vəziyyətin davam etdiyi qənaətinə gəlinib.

Yeşilçamın usta adı dünən sosial mediada səhhəti ilə bağlı müjdə verdi: Mən bir aya yaxın idi ki, pnevmoniyadan müalicə alırdım. Bu gün həkimlə görüşdüm, yaxşılaşdığımı dedi. Həkimlərimiz bizim tacımızdır.