Bir ata ürəyində iki Aysu: Biri xatirə, digəri təsəlli – Bərdə sakinindən ürəkdağlayan sözlərbackend

Bir ata ürəyində iki Aysu: Biri xatirə, digəri təsəlli – Bərdə sakinindən ürəkdağlayan sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsi zamanı cəbhə xəttindən uzaqda yerləşən bir sıra şəhər və rayonlarımız raket və artilleriya atəşinə məruz qalıb. Dinc əhali həlak olub, evlər və təsərrüfatlara ciddi ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktlarından biri oktyabrın 27-də Bərdənin Qarayusifli kəndində baş verib. Qarayusifli kəndinə atılan raket zamanı 5 kənd sakini həlak olub. Onlardan biri də 7 yaşlı Aysu İsgəndərova olub.

Azyaşlının atası Rövşən İsgəndərov hadisə anını belə xatırlayır:

“Hadisənin üzərindən dörd il keçsə də, bir mən bilirəm ki, o illəri necə yola verdik. Bir qızım şəhid oldu, bir qızım da yaralandı. Təqribən saat 4-5 radələri olardı. Mən traktor işlədirdim. Partlayış səsi gəldi. Evə gəldim ki, uşaqlar yoxdur. Dəli kimi olmuşdum. Yola qaçdım. Mənə dedilər ki, uşaqların Məhəmməd dayıgildədir. Yoldaşım, iki uşağım ayaq üstə idi. Aysunu isə döşəməyə uzandırmışdılar. Xəstəxanaya apardım, orada da dünyasını dəyişdi”.