İzmirdə bipolyar pozğunluğu olduğu iddia edilən İbrahim Köçer mübahisə etdiyi həyat yoldaşı Nurtaç Köçəri boğduqdan sonra intihar edib.
Tribunainfo.az Haberler-ə istinadən bildirir ki, hadisədən sonra evə gələn cütlüyün övladlarından Y.K. “Bu mənzərəni necə unudacam” sözləri ilə qışqırıb.
Hadisə saat 19.30 radələrində Qaziosmanpaşa küçəsində yerləşən 4 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində baş verib. Diyarbəkirli olduğu öyrənilən və Manisanın Turqutlu rayonundan İzmirə köçən İbrahim Köçərə bipolyar pozğunluq diaqnozu qoyulub.