Binəqədiyə yeni icra başçısı təyin olundu – Sərəncam

Binəqədiyə yeni icra başçısı təyin olundu – Sərəncam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

TİA.AZ xəbər verir ki, sərəncamda qeyd olunur:

“Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev mayın 17-si Xaləddin İsgəndərovu Binəqədi icra başçısı vəzifəsindən azad etmişdi.