Bakıda sexdəki partlayış DƏHŞƏT: Ölənlər var – Video/YENİLƏNDİbackend

Bakıda sexdəki partlayış DƏHŞƏT: Ölənlər var – Video/YENİLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

***

Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.

Xeyli sayda xəsarət alan var.

***

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yanğın başlayıb.

Tribunainfo.az xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub: “Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək”.

 

 

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Asif Məmmədli, Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov hadisə yerinə gəlib.