Bakının Binəqədi və Yasamal rayonlarında küçə ticarəti problemi bitmək bilmir.
Qaynarinfo-nun araşdırmasına görə, Binəqədi rayonunda Azadlıq prospekti metrosunun ətrafında bütün küçə və səkilər bazara çevrilib. Bu da insanların ciddi narazılığına səbəb olur.
Belə ki, ticarətçilər səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirir, küçələrdə antisanitariya yaradaraq pərakəndə ticarətlə məşğul olurlar.
Binəqədi rayon İcra Hakimiyyətinin bir addımlığında yerləşən sözügedən ərazi nədənsə icra başçısı Elxan Allahverdiyevin gözündən yayınır.
Eyni anda bu məsələyə cavabdehlik daşıyan Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov da bu məsələyə görməzdən gəlir.
Onu da deyək ki, bir neçə gün əvvəl Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənovun tapşırığı ilə rayonda yerləşən metro əraziləri və digər küçə və səkilərdə qanunsuz küçə ticarətinə qarşı mübarizə çərçivəsində müvafiq qurumlarla birgə profilaktik tədbirlər həyata keçirilməsi ilə bağlı açıqlama yayılmışdı.
Bildirildiki, həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmağın mümkünlüyü diqqətə çatdırıb. Bu kimi reydlər Yasamal rayonunda mütəmadi olaraq keçiriləcək.