BİNƏQƏDİ RAYONUNDA PİYADA SƏKİSİ QALMADI – ŞİKAYƏT

BİNƏQƏDİ RAYONUNDA PİYADA SƏKİSİ QALMADI – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu, Mir Cəlal küçəsində piyadaların hərəkəti üçün yol qalmayaıb. Piyadalar ya avtomobil yolu ilə hərəkət etməli, ya da yanacaqdoldurma məntəqəsinin içi ilə getməlidir.

Tribunainfo.az yazır ki, bu problemi jurnalist Fimar Asimqızı ictimailəşdirib. O bildirib ki, piyadaların hər gün əziyyət çəkdiyi bu yolun problemini Binəqədi Rayon İcra Hakimiyyəti görmür ya da görməzlikdən gəlir:

“Deməli, ərazi necə zəbt olunubsa, Şamaxinkadan Mir Cəlal küçəsinə piyada ancaq yanacaqdoldurma stansiyasından keçmək mümkündür. Azərbaycan insanın maşından ucuz tutulduğu tək ölkədir, məncə. Statistika olsaydı birinci yerdəyik. Binəqədi rayon icra hakimiyyəti, 1 metrlik təhlükəsiz piyada yolu nədi ki, onu bizə qıymırsınız? Bakı Şəhər İcra Hakimiyyəti , sizin də bura yolunuz düşmür?”.