BİNƏQƏDİ MƏHKƏMƏSİNDƏ QANUNSUZLUQ…

BİNƏQƏDİ MƏHKƏMƏSİNDƏ QANUNSUZLUQ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayon məhkəməsinin mülki işlər üzrə zallarında iclasların videoyazısı aparılır, cinayət işləri üzrə zallarında isə qanuna zidd olaraq heç audioyazı da aparılmır.

Tribunainfo.az xəbər verir ki, bu problemi hüquqşünas Əkrəm Həsənov gündəmə gətirib. O bildirib ki, 1 ilə yaxındır ki, bunu texniki problemin olduğu ilə izah edirlər:

“Necə olub ki, texniki problem məhz cinayət işlərinin aparıldığı zallarda yaranıb? Texnika da yəqin bilir ki, ən böyük haqsızlıq və korrupsiya məhz cinayət işlərində olur, ona görə də onları yazmaqdan utanır”.