Binəli Yıldırım və Əkrəm İmamoğlunun qatılacağı televiziya proqramı üçün AKP-nin Təqdimat və media rəhbəri Mahir Ünalla CHP nümayəndəsi Engin Altay görüşüblər.
TİA.AZ xəbər verir ki, partiya təmsilçiləri hər iki namizəd arasında keçirilən teledebatla bağlı razılığa gəliblər.
Görüşdən sonra açıqlama verən partiya təmsilçiləri telebatın iyunun 16-da yerli vaxtla saat 21:00-da keçiriləcəyini bildiriblər. Televiziya proqramına jurnalist İsmail Küçük moderatorluq edəcək.
Teledebat hər hansı bir telekanlda deyil, bütün telekanallarda yayınlanacaq şəkildə ortaq yayınla gerçəkləşəcək.