backend

Binalı Yıldırım millət vəkili Q.Paşayevaya Kırşehirin Fəxri Vətəndaşlığını təqdim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Q.Paşayevaya Kırşehir vilayətinin Fəxri Vətəndaşı statusu verilib

 

 Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Q.Paşayevaya Kırşehir vilayətinin Fəxri Vətəndaşı statusu verilib

TİA.AZ xəbər verir ki,millət vəkilinə Fəxri Vətəndaşlıq Kırşehir bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib. Kırşehir bələdiyyə başqanı Yaşar Bahceci bildirib ki, millət vəkili Q.Paşayeva Türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada çıxışlarında hər zaman Türkiyəyə dəstəyi, Kırşehirin tanıdılmasındakı xidmətlərinə, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla Türkiyənin Kırşehir vilayəti arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Kırşehirin Fəxri Vətəndaşlığına layiq görülüb. Fəxri Vətəndaşlıq haqqında qərarı millət vəkili Q.Paşayevaya Kırşehirdə Türkiyənin Baş naziri Binali Yıldırım təqdim edib. Millət vəkili Q.Paşayevanı təbrik edən baş nazir xoş sözlərini söyləyib və qardaş Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət göstərdiklərini bildirib. Millət vəkili Q. Paşayeva ona göstərilən bu etimadı yüksək qiymətləndirərək onu bu şərəfli ada layiq görən Kırşehir bələdiyyə məclis üzvlərinə və bələdiyyə başqanına, qərarı təqdim edən və ünvanına xoş sözlər söyləyən Baş nazir Binalı Yıldırıma təşəkkürünü bildirib. Belə bir statusun onun üçün xüsusi qürur olduğunu dilə gətirib: “Ahi Evranının, Aşık Paşanın, Neşet Ertaşın uyuduğu qədim Kırşehirin fəxri vətəndaşı olmaq mənim üçün şərəfdir. Türkiyədə, özəlliklə Kırşehirdə olmaq başqa duyğudur. Belə bir adın verilməsini mənə göstərdiyiniz etimad kimi qiymətləndirirəm və hər zaman onu layiq olmağa çalışacam”. Millət vəkili Q. Paşayevanın Baş nazirlə görüşündə Binalı Yıldırım bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə arasında əməkdaşlığın daha da genişlənəcəyini bildirib, iki qardaş ölkə arasında əlaqələrin ən yüksək səviyyədə inkişaf etdiyini deyib. Onu bu fəxri ada layiq görənlərə bir daha təşəkkür edən, fəxri vətəndaşlığın verilməsini həyatının ən gözəl anlarından biri adlandıran millət vəkili Q.Paşayeva bundan sonra da Azərbaycan-Türkiyə birliyi, Türk dünyasının birliyi, bərabərliyi uğrunda əlindən gələni əsirgəməyəcəyini dilə gətirib: “Bunu sadəcə öz adıma deyil, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Türk dünyasının birliyinə, bərabərliyinə çalışan dəyərli böyüklərimizin, aydınlarımızın adına qəbul edirəm. Bizim hamımızın məqsədimiz türk millətinin birlik və bərabərliyini gücləndirmək, bu uğurda əlimizdən gələni əsirgəməmək olmalıdır”. Millət vəkili Q.Paşayeva Türkiyənin Baş naziri və onu müşayət edən heyətlə birlikdə Ahilik Həftəsinin bağlanış mərasimində, böyük ustad Neşet Ertaşın adını daşıyan Kültür Mərkəzinin və festivalının açılışı mərasimində və bir sıra digər tədbirlərdə də iştirak edib, Türkiyənin Baş nazir müavini Bekir Bozdağ, Çalışma ve Sosyal Güvenlik Bakanı Jülide Sarıeroğlu və qardaş ölkənin bir sıra rəsmiləri və millət vəkilləri ilə görüşlər keçirib, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı müzakirələr aparılıb.