Binalara elan vuranlar cərimələcək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi it alan, it satan, dul arvad, ərli, ərsiz hamı elan verir”.
 

Elan vermək olar. Amma baxır harada və necə. Vəziyyətdən narazı olanların sayı isə heç də az deyil.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı reportaj hazırlayıb.

Kustar yolla yapışdırılan elan və reklamları harada istəsən, hətta sayğacların üzərində də görmək mümkündür.

Sakin: “İndi it alan, it satan, dul arvad, ərli, ərsiz hamı elan verir”.

Sakin: “Mübahisəmiz də düşüb onlarla. Deyirik ki, ay bala, bura binadır. Buranı gül kimi təmir ediblər. Kimə dyeirsən? Gecə ilə gəlib yapışdırıb, gediblər”.

Düzdür son zamanlar binalarda xüsusi kodlarla açılan qapıların çoxalması müəyyən qədər də olsa prosesin qarşısını alır. Amma ümumi mənzərə yenə ürəkaçan deyil. Təbii ki, bu birbaşa olaraq nəzarətedici orqanların məsuliyyətsizliyidir.

Harda gəldi reklam və elanların yapışdırılması Azərbaycan Respublikasının Reklam qanunlarının da pozulması deməkdir. Çünki sözügedən qanuna əsasən küçə reklamları və elanları müvafiq yerlərdə və lövhələrdə verilə bilər. Əlbəttə ki, qanundan kənara çıxanların cəzası da qanunvericilikdə aşkar göstərilib.

Görünür cərimə üsulu effektiv deyil. Bəlkə nəzarətedici orqanların sayını çoxaltmaq lazımdır? Məsələn bu problemdən daha çox əziyyət çəkən Yasamal Rayonunun 19 saylı MKİS-nin sədri deyir ki, onlarına ixtiyar verilsə əllərindən gələni etməyə hazırdılar.

Yaranan eybəcər mənzərənin şəhərin ümumi görünüşünə təsirindən memarlar da çox narahatdır.

Çıxış yolu kimi bəzi mütəxəssislər şəhərdə reklam lövhələrinin artırılmasını təklif edir. Amma inandırıcı görsənmir ki, bu mənzərənin yaradıcıları reklam lövhələrinin azlığı səbəbindən belə ediblər.

TİA.AZ