Bina tikirlər, bir mənzili üç adama satırlar… – Necə edək ki, aldanmayaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni tikilən binalardan mənzil almaq istəyən vətəndaşlar çox vaxt fırıldaqçıların qurbanına çevrilir.
 Yeni tikilən binalardan mənzil almaq istəyən vətəndaşlar çox vaxt fırıldaqçıların qurbanına çevrilir.

Bir mənzil ya ayrı-ayrı vaxtda iki və daha çox şəxsə satılır, ya da onların adlarına keçirilmir.
Hüquqşunas Xəyal Bəşirov Metbuat.az-a açıqlamasında bildirib ki, çıxarışı olan mənzillərdən ev alan şəxslər ödəniş etməzdən əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “Forma 1” arayışı (Yüklülük haqqında arayış) almalıdır:

“Bütün məlumatlar deyilən arayışda qeyd olunur. Amma MTK-lardan alınan yeni mənzildə bunu müəyyənləşdirmək olmur. MTK istədiyi adamla alqı-satqı müqaviləsi bağlayır. Yəni, evin başqa adama satıldığını bilmək olmur. Vətəndaşlara məsləhətim ondan ibarətdir ki, ödənişlə bağlı MTK-dan maliyyə arayışından savayı qəbz tələb etsinlər. Çünki gələcəkdə problem çıxan zaman məhkəmədə qəbz tələb olunur. Azərbaycan Respublikasının Qanunericiliyinə görə, rəsmi ödəniş sənədlərindən biri də qəbzdir.

Vətəndaşlara məsləhətim odur ki, ev almaq istəyən şəxslər mənzil alacaqları MTK ilə bağlı Prokurorluğa müraciət etsinlər. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həmin MTK ilə bağlı cinayət işi varsa, o MTK-dan mənzil almasınlar. Bu məsələ ilə bağlı hazırda mərkəzi bir sistem yoxdur. Ona görə də, vətəndaşlarımız aldanmamaq üçün tövsiyyələrə əməl etsələr yaxşıdır”.