Bill Qeyts səhnəyə nəcislə çıxdı

Bill Qeyts səhnəyə nəcislə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Microsoft”un qurucusu Bill Qeyts Çinin paytaxtı Pekində keçirilən tualet sərgisində səhnəyə insan nəcisi olan qabla çıxıb.
Qaynarinfo xəbər verir ki, Qeyts qabda 200 trilyon rotavirus, 20 milyard şiqella bakteriyası, 100 min parazit qurdu ola biləcəyini deyərək sözünə davam edib:
“10 il əvvəl nəcis barədə bu qədər çox şey biləcəyimi düşünməzdim. Heç fikirləşməzdim ki, həyat yoldaşım Melinda məndən yemək yeyən zaman nəcis barədə danışmamağımı istəyəcək”.
Qeyd edək ki, Bill və Melinda Qeyts cütlüyü 7 ildir inkişaf etmiş tualet texnologiyalarının tədqiqatına 200 milyon dollar xərcləyib.
Dünya Səhiyyə Təşkilatına görə, dünyada hələ də 2,3 milyard insan tualetsiz yaşayır. Bu, hər il yüz minlərlə insanın müxtəlif xəstəliklərə görə ölümünə səbəb olur.