Bilgəhdəki çimərlikdə antisanitariya, “qoçu”luq, soyğunçuluq… – Üç quruma müraciət edildi

Bilgəhdəki çimərlikdə antisanitariya, “qoçu”luq, soyğunçuluq… – Üç quruma müraciət edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə çimərlik mövsümü başlayanda əksəriyyət sevinir ki, Xəzərin sahillərinə axışacaqlar. Kimisi həftəsonu gözləyir, kimisi planlar qurur, kimisi daha münasib plyaj axtarışına çıxır. Əlbəttə, elə çimərliklər var ki, giriş qiyməti, içəridəki xidmətlər bir dəniz suyuna baş vurmaq üçün “od qiymətinə”, amma elə plyajlar da var ki, “ucuz ətin şorbası olmaz” misalına uyğundur. Amma nəinki ucuz, olduqca səviyyəsiz xidmət, soyğunçuluq, vətəndaşlara qarşı hörmətsizlik, kobudluq, quldurluq münasibəti göstərilən yerlər var. Onlardan biri Bilgəhdə yerləşən, kardioloji sanatoriya yaxınlığında yerləşən plyajdır. Əgər ona plyaj demək olarsa…Konkret olaraq quldurxana, ərəbzəngi məskəni, özbaşınalıq, yiyəsizlik və gigiyenik cəhətdən antisanitariyadır. Bu haqda Tribunainfo.az-a son vaxtlar gələn məlumatlar, vətəndaşların sosial şəbəkələrdə yazdıqları narazılıqlar belə deməyə əsas yaradır. Həmin plyajın idarəçiliyi, sahibkarlığı kimdədirsə, vətəndaşların sözlərinə görə, əminliklə demək olar ki, onu yalnız pul qazanmaq maraqlandırır. Yəni nə müştəri məmnuniyyəti, nə etik davranış onların vecinə deyil. Sanki burada bir mafiya hökmranlıq edir və heç kəsi saymadan öz bildiklərini edirlər. Belə ki, qapıdan girəndən pul yığmaq başlanır ta “besetka”laradək…

Təsəvvür edin ki, hər dəqiqə onlarla maşın içəri daxil olur. Burada dövr edən pul axınını təsəvvür etmək mümkünsüzdür. Lakin bu da bir yana, plyajı təşkil edənlər və onun işçiləri aldıqları pulun qarşılığında bir qəpiklik xidmət göstərmir, heç bir şərait qurmayıblar. Əslində, Daxili İşlər Nazirliyinin Sabunçu rayon polis əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vergilər Nazirliyi burada yoxlama aparmalıdırlar. Birincisi, avtopark adı ilə əsassız yerlə yığılan vəsait hara gedir, faktiki vergidən yayınma var, çünki plyaja gələn insan istənilən halda avtomobilini park etməlidir. Yəni tələb edilən pul qanunsuzdur və vergi müfəttişləri böyük cinayətin üstünü aşkarlaya bilərlər. İkincisi, ekoloji və sanitarik şərait bərbaddır. Burada nə normal sanitar qovşaqlar var, nə geyinib-soyunma kabinələri ortabab səviyyədə təşkil edilməyib. Yəni hər “besetka”ya formasına görə 10, 15 və 20 manat alanlar gündəlik burada ağılasığmaz dərəcədə pul əldə edirlər, amma əvəzində nə qadın, nə kişilər üçün təmiz bir tualet qurmayıblar. Bundan başqa, həyasız şəkildə tualet xidməti də ödənişlidir.

Hərçənd ki, tualet xidmətində işləyən “qoçu”lardan tutmuş “besetka” pulu yığan özündənrazı şəxslərə qədər hamı özünü burada sanki böyük bir vəzifə sahibi sayır. Deyəsən, onlara izah edən olmayıb ki, işləri nədən ibarətdir, müştəri ilə necə danışmaq lazımdır. Ona görə sosial şəbəkədə son dövrlər vətəndaşlar şikayət edirlər ki, getməyə peşman olublar. Rəzil vəziyyət, səviyyəsizlik, quldurluq, özbaşınalıq, ancaq pul və pul və bərbad tualet, geyinib-soyunma otaqları şəraiti. Vətəndaşlar Daxili İşlər Nazirliyi rəhbərindən, eləcə də digər aidiyyatı qurumlardan Bilgəhdəki həmin çimərlik və oranın əməkdaşlarının davranışları ilə bağlı araşdırma aparılmasını, oradakı bərbad şəraitlə bağlı monitorinq aparılmasını xahiş edirlər. Vətəndaşlar inanırlar ki, bu çimərlikdə qarşılaşdıqları neqativ hallarda həmin yoxlamalar nəticəsində aradan qalxacaq. Eyni zamanda, Bakının digər plyajlarında da vəziyyət ürəkaçan deyil. Söhbət Buzovna, Pirşağı, Novxanı, Mərdəkan ərazilərindən gedir. Bu haqda növbəti yazılarımızda bəhs edəcəyik.

Həmçinin, vətəndaşların şikayətlhttps://tribunainfo.az/əri ilə bağlı plyaj sahibinin mövqeyini işıqlandırmağa hazırıq.

Tribunainfo.az