Bilgəhdə boşanmaq istəyən arvadının qulağını kəsən kişi tutulub

Bilgəhdə boşanmaq istəyən arvadının qulağını kəsən kişi tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda boşanmaq istəyən yoldaşının bıçaqla qulağını kəsən şəxs saxlanılıb.

Tribunainfo.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O, bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb.

Araşdırma aparılır.