Biləsuvarda dəhşətli yanğın: Uşaq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar şəhərində evdə yanğın olub, ana və uşağı yanıb. 

Biləsuvar şəhərində evdə yanğın olub, ana və uşağı yanıb.

Daxili İşlər Nazirliyindən TİA.AZa verilən məlumata görə, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N.Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər. Uşaq orada ölüb, G.Məmiyevanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.