Biləsuvarda bir parka və iki küçəyə 147 min xərclənirbackend

Biləsuvarda bir parka və iki küçəyə 147 min xərclənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar İcra Hakimiyyəti yeni tenderini elan edib. Tribunainfo.az xəbər verir ki, dünən katirovka sorğusuna daxil edilmiş tenderin məqsədi rayonun mərkəzindəki park və küçələrdən birinin işıqlandırılması ilə bağlıdır.
Rəsmi qaynaqlarda qeyd edilir ki, müsabiqəyə əsasən Biləsuvar şəhərinin Nəriman Əlizadə küçəsində, “Zəfər Parkı”nda və Pərvin Əliyev küçəsində işıqlandırma sisteminin cari təmiri nəzərədə tutulub. Bu məqsədlə aksesuarların alınması qərarlaşdırılıb.
Qeyd edək ki, sözügedən İcra Hakimiyyəti bu məqsədlə 147.202,64 manat vəsait nəzərdə tutub. Bu məbləğin iki küçə və bir parkın işıqlandırma sisteminin cari təmiri üçün böyük hesab olunduğu deyilir. Mütəxəssislər bildirir ki, Biləsuvar İcra Hakimiyyəti böyük ehtimalla qiymətləndirmə məsələsində şişirtməyə gedib.