BİLƏCƏRİDƏ EVİ SOYDULAR… AVROLAR, ABŞ DOLLARLARI, FUNT STERLİNGLƏRbackend

BİLƏCƏRİDƏ EVİ SOYDULAR… AVROLAR, ABŞ DOLLARLARI, FUNT STERLİNGLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mənzillərin birindən 19.000 avro, 4950 funt sterling və 4800 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Tribunainfo.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev bildirib ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Silayət Əhmədov və Biləsuvar rayon sakini Amid Abışov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.