Biləcəri yolları Baxmuta oxşayır, başçı isə…  – VİDEObackend

Biləcəri yolları Baxmuta oxşayır, başçı isə… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsinin sakinləri illərdir payçılqı, çala-çuxur yollarda çətin vəziyyətdə qalıblar. Qəsəbənin yolları müharibə meydanını xatırladır. Artıq 17 ilə yaxındır ki, yoldan nəinki sakinlər, heç avtomobillər də hərəkət edə bilmir.

Tribunainfo.az-a bu barədə məlumat verən sakinlər bildirib ki, Biləcərinin şəhərə ən yaxın məhəlləsi bərbad vəziyyətdir. 60-dan çox ailənin yaşadığı küçəyə qışdı, yağışdan sonra çıxmaq mümkün deyil. Sakinlər bildirir ki, gərək günlərlə yolda suyun, palçığın qurumağını gözləyəsən:

“Məhəllə yiyəsiz və baxımsız vəziyyətdədir. Nə yolun quru olduğu vaxt hərəkət etməyə yol var, nə də yağışlı günlərdə. Dəfələrlə aidiyyatı qurumlara – Binəqədi Rayon İcra Hakimiyyətinə və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə müraciət etmişik. Hələ bir dəfə də olsun gəlib maraqlanan olmayıb bu küçə ilə. Agentlik bizə ünvanladığı rəsmi cavab məktubunda qəsəbədaxili yolların Binəqədi İcra Hakimiyyətinin balansında olduğunu qeyd edib. İcra hakimiyyəti də problemin həllini qəsdən yubadır. Bakıda qəsəbədaxili yolların asfalt örtüyü ilə təmin olunması üçün dövlət başçısı sərəncam imzalayıb və bununla əlaqədar olaraq dövlət büdcəsindən lazımi vəsait ayrılıb”.

Sakinlər bildirib ki, problem bu yaxın günlərdə də həllini tapmasa, icra hakimiyyətini məhkəməyə verəcəklər:

“Artıq bezmişik, məsələ həll olunmazsa, icra hakimiyyətini məhkəməyə verəcəyik. Vətəndaşlara MSK tərəfindən hər gün seçkiyə dəvətlə bağlı sms-bildiriş gəlir. Seçkiyə palçıqda necə gedək?”.