Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “öldürdülər”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “öldürdülər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Bilal Əliyev sosial şəbəkələrdə yayılan ölüm xəbərinə aydınlıq gətirib.

Tribunainfo.az xəbər verir ki, müğənni Qaynarinfo-ya açıqlamasında hazırda Almaniyada istirahət etdiyini bildirib:

“Hər kimdirsə, əclaf, vicdansız, ailəsindən, heç nədən xəbəri olmayan insanlardır. Ayda 2-3 dəfə sosial şəbəkələrdə “Xalq artisti öldü” başlıqlı yazılar paylaşılır. Sağlam bir insan barəsində onun ölüm xəbərini yayır, özü də kefi necə istəyirsə, elə də yazır. Mən həmişə yalvarıram ki, Allah kafirlərin arzularını yerinə yetirməsin”.

Bilal Əliyev bir neçə gündən sonra Azərbaycana qayıdacağını vurğulayıb.

Xatırladaq ki, sosial şəbəkələrdə bir ayda 3 dəfə Xalq artisti Bilal Əliyevin ölüm xəbəri yayılıb.