Xalq artisti Bilal Əliyevin ingilis dilində ifası marağa səbəb olub.
Xalq artisti Bilal Əliyevin ingilis dilində ifası marağa səbəb olub.
TİA.AZ xəbər verir ki, xarici dilə olan həvəsini dəfələrlə dilə gətirən müğənni maşında gedərkən ingiliscə mahnı oxuyub. Orada çəkilmiş video sosial şəbəkələrdə geniş yayılıb.
Müğənni sosial şəbəkələrdə yayılan görüntülərinə münasibət bildirib.
B. Əliyev deyib ki, o, 7 dəfə İngiltərədə dil kursuna gedib:
“Girib səhifələrə baxacam. Görüm insanlar mənim haqqımda nə yazıb? Pis insanları tanıyaram, onlarla gəşəng mübarizə apararam. Çox əla mübarizə aparıram. Onların hünərlərini görəcəm. Ağıllı insan mənim haqqımda pis yazsa, mübarizə etməyə məcbur olacaq. Qarşımda məğlub olacaq.
Amma nəzərinizə çatdırım ki, 7 dəfə İngiltərəyə getmişəm. Orada kurs keçmişəm. İngilis dilini yaxşı bilirəm. Boş yerə bu qədər pul xərcləyib dil öyrənməmişik ki? Mənim ingilis dilində 4 mahnım var, ifa da etmişəm”.