Bıçaqlanan tamada danışdı: “Əslində elə olmayıb…” – VİDEO

Bıçaqlanan tamada danışdı: “Əslində elə olmayıb…” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi  iyulun 2-si gecə saatlarında Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən “Altun” şadlıq sarayında tanınmış tamada Natiq Dağlaroğlu bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq, reanimasiyaya yerləşdirilib.

TİA.AZ xəbər verir ki, hadisə ilə bağlı N.Dağlaroğlu paylaşım edib.
O bildirib ki, əslində toyda yox, kənarda bıçaqlanıb:
“Mən bu videonu çəkmək üçün məcbur oldum, məcburiyyət qarşısında çəkdim. Bəzi şayiələr yayılır ki, Natiq Dağlaroğlunu toyda bıçaqladılar. Heç də elə deyil, yanlış məlumatdır. Mənim toyda yox, toydan kənarda başıma belə bir gözlənilməyən hadisə gəldi. Amma heç də deyilən məlumat düz deyil. Mən yaxşıyam. İnşallah bərabər olacağıq”.