backend

Bibiheybət qəsəbə nümayəndəliyi hesabat verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın ən qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş illik hesabat yığıncağı keçirilib. 

Paytaxtın ən qədim yaşayış məntəqələrindən olan Bibiheybət qəsəbəsində Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş illik hesabat yığıncağı keçirilib.

Rayon rəhbərliyi, təsərrüfat xidmətlərinin nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən toplantıda 2016-cı il ərzində Bibiheybətdə həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının Bibiheybət qəsəbəsi üzrə nümayəndəsi Şahin Ağayev bildirib ki, qəsəbədə hazırda 2345 nəfər əhali yaşayır, burada həmçinin 372 nəfər məcburi köçkün məskunlaşıb.

Keçən il qəsəbədə yerləşən «Şıx» sanatoriyasında əsaslı təmir və yenidənqurma işləri başa çatmış və sanatoriya yenidən fəaliyyətini davam etdirib.

Qəsəbə ərazisində hasarlar ağardılmış, Salyan yolu küçəsi boyunca dağılmış istinad divarları bərpa edilmiş, buradakı obyektlərin hasarları və istinad divarları təmir olunaraq yeni üslubda qurulmuşdur. Magistral yolun sağ tərəfində 26050 ədəd yeni ağac əkilərək qəsəbə ərazisinə 5400 kv metr sahəyə asfalt örtüyü salınıb.

RİH tərəfindən «Dostluq parkı»ndan Lökbatan dairəsinə kimi ərazidə yaşıllaşdırma işləri aparılmış və yaşıllıqlara qulluq göstərilib.

Qəsəbə bələdiyyəsinin inzibati binası təmir olunmuş, qəsəbənin girişində yeni yükləyici terminal quraşdırılmışdır. Qəsəbə nümayəndəliyi tərəfindən qəsəbədə, həmçinin «Dostluq parkı» və «Şıx» sanatoriyası ərazisində gündəlik təmizlik və abadlıq işləri aparılır.

RİH tərəfindən «Şıx» yamacında yaradılan «Ekoloji park»dakı işlərə gündəlik nəzarət olunur, burada əkilən ağacların damcı üsulu ilə suvarılması və onlara qulluq göstərilməsi nəzarətdə saxlanılır. Parka qulluq göstərilməsi ilə bağlı yeni açılmış iş yerlərində qəsəbə sakinləri işlə təmin olunub.

Ötən ildə müxtəlif bayramlara əlaqədar qəsəbə Mədəniyyət evi və 50 saylı orta məktəb kollektivləri tərəfindən müxtəlif ədəbi-bədii tədbirlər təşkil olunub.

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə Səbail rayonu və onun qəsəbələrinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmışdır. Eldar Ağayev 2016-cı ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir. Bidirilmişdir ki, RİH tərəfindən rayonun qəsəbə və yaşayış məntəqələrində məhəllələr abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən

qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcək.

Yığıncaqlarda mövcud problemlərdən danışılmış, sakinləri maraqlandıran suallar cavablandırılmış, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.