Bəzi turizm zonalarında dağ-piyada marşrutları yaradılacaq

Bəzi turizm zonalarında dağ-piyada marşrutları yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bəzi turizm zonalarında dağ-piyada marşrutları yaradılacaq.
Bu barədə Tribunainfo.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, agentlik bununla bağlı hazırlıqlara başlayıb.

Belə ki, Kiçik Qafqazda ümumi məsafəsi 13 km olan 4 ədəd dağ-piyada marşrutunun və Basqal – Lahıc dağ-piyada marşrutunun yaradılması, eləcə də ümumi məsafəsi 13 km olan Tağlabiyan – Lahıc marşrutu və ümumi məsafəsi 11 km olan Mücü – Lahıc marşrutu üzrə məlumatverici və istiqamətverici nişanlar quraşdırılacaq.