İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edənləri daşıyan helikopterin qəzaya uğraması nəticəsində bəzi şəxslərin meyiti yanaraq tanınmaz hala düşüb.
Tribunainfo.az xəbər verir ki, bunu SEPAH-ın Aşura Qərargahının komandiri Əsgər Abbasquluzadə deyib.
O, yanan meyitlərin kimliyini müəyyən etməyin çətin olduğunu bildirib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.