“Bəzi istehsalçılar Nazirlər Kabinetinin 94 saylı qərarına əməl etmir”

“Bəzi istehsalçılar Nazirlər Kabinetinin 94 saylı qərarına əməl etmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev mətbuata açıqlamasında qablaşdırlmayan, hansı şirkət tərəfindən istehsal edildiyi bəlli olmayan toyuqları almamağı tövsiyyə edib. Onun sözlərinə görə, bu qəbildən olan toyuqların antisanitariya şəraitində yetişdirilməsi mümkündür.
Hər hansı bir məhsulun qablaşdırılmadan satışa çıxarılması düzgündürmü? Qablaşdırılmayan məhsulların satışına qarşı hansı dövlət qurumları mübarizə aparmalıdır?
Moderator.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hər hansı bir məhsulun qablaşdırılmadan satışının yolverilməz olduğunu qeyd etdi:
“Nazirlər Kabinetinin 94 saylı qərarında qeyd edilir ki, ölkənin əmtəə bazarında satılan bütün mallar qablaşdırılmalıdır. Ətlər, konfetlər, peçenyelər, bir sözlə hər şeyin qablaşdırılması zəruridir. Və bu məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, istehsalçı firmanın ünvanı və s. olmalıdır. Lakin biz görürük ki, satışda qablaşdırılmadan satılan məhsullar var. Yəni Nazirlər Kabinetinin 94 saylı qərarı həyata keçirilmir.
Qablaşdırılmayan toyuqların antisanitariya şəraitində istehsalı ehtimalı böyükdür. Onları bəzi hallarda kənd toyuğu adı ilə bazara çxıardırlar. Bu, isethsalçıların aldadılması, onların hüquqlarının pozulmasıdır. Qida Təhlükəsizliyi Agentliyi bu məsələləri həll etməlidir”.